Saat:16:14
Haqqımızda

Almaniyanın Ukrayna planı ÜZƏ ÇIXDI - Zelenskinin Berlin səfəri zamanı kansler ona...

2025-05-28 17:45:38

Almaniyanın Ukrayna planı ÜZƏ ÇIXDI - Zelenskinin Berlin səfəri zamanı kansler ona...

Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı Almaniya kansleri Fridrix Merts Ukraynaya yeni silahların, o cümlədən "MARS II MLRS" və "IRIS-T" hava hücumundan müdafiə sistemi veriləcəyini elan edə bilər.

Hurriyyet.az xəbər verir ki, bu haqda "Bild" yazıb.

Məlumata görə, Almaniya 2022-ci ildə beş ədəd "MARS II" sistemini Ukrayna tərəfinə verib. Eyni zamanda, Berlinin maliyyə dəstəyi ilə 2,5 min km-ə qədər uçuş məsafəsinə malik yeni qanadlı raketlərin hazırlanması imkanları nəzərdən keçirilir.

Bildirilir ki, "IRIS-T" zenit-raket komplekslərinin tədarükü 2020-ci illərin sonundan əvvəl başlamayacaq.

publika.az