Almaniyanın səfiri RF XİN-ə çağrıldı

2022-04-25 17:26:00

Almaniyanın səfiri RF XİN-ə çağrıldı

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Almaniyanın Moskvadakı səfiri bu gün Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılıb, ona Rusiya diplomatlarının Almaniyadan çıxarılması ilə bağlı etiraz təqdim edilib.

Qeyd edək ki, aprel ayının əvvəlində Almaniya dövləti 40 nəfər rusiyalı diplomatı alman dövlətinin əleyhinə fəaliyyətdə ittiham edərək, arzuolunmaz şəxs elan eləmişdi.

Rusiya simmetrik cavab olaraq, Almaniyanın Rusiyadakı diplomatik missiyalarının 40 nəfər əməkdaşını “arzuolunmaz şəxs” – “persona non-qrata” elan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya