Saat:04:07
Haqqımızda

Almaniyanın ilk qaradərili deputatı parlamenti tərk etdi - səbəb təhdid və təhqirlərdir

2024-07-03 16:18:51

Almaniyanın ilk qaradərili deputatı parlamenti tərk etdi - səbəb təhdid və təhqirlərdir

Hurriyyet.az xəbər verir ki, Bundestaqın tarixində ilk qaradərili deputat olmuş 62 yaşlı Karamba Diabi təhdidlər fonunda parlamenti tərk edib və növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
Diabi Seneqalda doğulub, boya-başa çatıb, 1980-ci illərin axırlarında Almaniya Demokratik Respublikasına kimya öyrənmək üçün gedib. O, 2013-cü ildən bəri Almaniyanın Sosial Demokrat Partiyasını Bundestaqda təmsil edir.
"Bild" nəşrinin yazdığına görə, Diabi dəfələrlə təhdid edilib, onun ofisini atəşə tutmağa və yandırmağa cəhd ediblər. Diabi ilə əməkdaşları axırıncı dəfə iyunun əvvəlində təhdid ediliblər.
Diabiyə icmarıc göndərənlər onu "alman əhalinin rəngini dəyişməkdə" ittiham ediblər, deputatı "üçüncü növ adam" adlandırıblar.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207599