Almaniyadan Rusiyanın "Şimal axını 2" layihəsinə HƏMLƏ: Berlin “Şimal axını 2”nin ölkə boyu çəkilmiş hissəsini milliləşdirməyi planlaşdırır

2022-06-24 13:48:00

Almaniyadan Rusiyanın

Almaniyanın Maliyyə Nazirliyi “Şimal axını 2”nin ölkə boyu çəkilmiş hissəsini milliləşdirməyi planlaşdırır. Bu barədə “Spiegel” yazır.
Almaniya hakimiyyəti Şimal axını 2-nin Almaniya hissəsinin milliləşdirilməsi və onu üzən LNG terminalına qoşmaq planlarını araşdırır. Boruların kəmərinin qalan hissəsindən kəsilməsi və LNG terminalı üçün istifadə edilməsi nəzərdə tutulur.
Əslində, hələlik təxirə salınan layihə iflasa uğrayarsa layihənin operator ölkələri kimi iştirak payına təkcə Almaniya hökuməti deyil, hər kəs iddia edə bilər. Amma qaz kəmərinin dəniz hissəsi Almaniya ərazisinə getdiyi üçün almanların iddiaçı kimi çıxış etmək perspektivi daha çoxdur.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya