Almaniyadan Rusiya açıqlaması – NATO savaşa qoşulacaqmı?

2023-01-30 08:10:00

Almaniyadan Rusiya açıqlaması – NATO savaşa qoşulacaqmı?

Tramp nüvə təhlükəsi xəbərdarlığı etmişdi

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri  Olaf Şolts “Tagesspiegel” nəşrinə müsahibəsində Rusiya ilə NATO arasında müharibənin baş verməsinə imkan verməyəcəklərini bildirib.

Şolts Rusiyanın Ukraynaya hücum eləməklə, Avropada onillərlə təhülkəsizliyə təminat verən razılaşmanı zorakılıqla pozduğunu və buna görə də Ukraynanı dəstəklədiklərini söyləyib.

Almaniyanın Baş naziri Olaf Şolts Ukraynaya verilən dəstəklə bağlı bütün qərarların düşünülərək və müttəfiq ölkələrlə birlikdə verildiyini diqqətə çatdırıb. Şolts deyib: “Vəzifə andına ciddi yanaşan bir Almaniya Baş nazirinin Rusiya ilə Ukraya arasındakı müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi etməsi lazımdır”.

Şoltz hər hansı bir NATO ölkəsinin Rusiya ilə Ukrayna arasındakı müharibəyə birbaşa müdaxilə eləmədiyini vurğulayıb.

Almaniyanın Xarici İşlər naziri Annalena Berbokun yanvarın 24-də Strasrburqda, Avropa Şurasındakı çıxışı zamanı söylədiyi: “Rusiyaya qarşı savaş içərisindəyik, bir-birimizə qarşı deyil” ifadəsinin xatırladılmasına cavab olaraq Şolts deyib: “NATO ilə Rusiya arasında müharibə yoxdur. İşin bu həddə çatmasına yol verməyəcəyik. Almaniya hökuməti olaraq, bu məsələdə tamamilə həmrəyik və Xarici İşlər naziri də məsələyə bu cür yanaşır”.

Olaf Şolts Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə axırıncı dəfə dekabr ayının əvvəlində danışdığını xatırladaraq deyib: “Putin ilə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmalıyıq. Telefon danışıqlarımızın tərzi qarşılıqlı hörmətə əsaslanır, lakin nöqteyi-nəzərlərimiz fərqlidir”.

Şolts Putin ilə danışıqları zamanı qəti mövqe bildirdiyini, əsir mübadiləsi, Ukraynadan taxıl ixracı və ya Zaporojyedəki AES ilə bağlı məsələlərin müzakirə edildiyini söyləyib.

Şolts Putinin ordusunu Ukraynadan çıxarmaqla müharibəni dayandıra biləcəyini deyib.

Xatırladaq ki, Bəlli olduğu kimi, yanvarın 25-də AFR hökuməti Almaniyanın Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərilməsini qərara alıb. AFR həmçinin, tankı almış digər ölkələrin də onları Ukraynaya göndərməsinə - reeksporta icazə verib.

Prezidenti Cozef Bayden isə Vaşinqtonun Kiyevə 31 ədəd “Abrams” tankı göndərəcəyini bəyan edib. Bayden bu tankların Rusiya üçün təhlükə doğurmadığını deyib: “Bu Rusiyaya qarşı savaş yox, azadlıq uğrunda mübarizədir”.

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Qərb ölkələri tərəfindən Ukraynaya tankların verilməsinin nüvə müharibəsi riski yaratdığı barədə xəbərdarlıq edib, Ukraynadakı müharibənin mümkün qədər tez dayandırılmalı olduğunu deyib.

Tramp özünün “Truth Social“ sosial şəbəkəsində yazıb: “Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. Bu axmaq müharibəni dayandırın. Elə indi. Bu elə sadədir ki!”

Bununla əlaqədar araşdırmaçı alim Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində yazıb: “Almaniyanın öz istehsalı olan tankların Ukraynaya göndərilməsinə icazə verməsi ilə bu ölkə də, faktiki olaraq, ABŞ, İngiltərə və digər NATO ölkələri ilə yanaşı Rusiya ilə Ukrayna ərazisində proksi (vəkalət) müharibəsinə qoşulmuş oldu və şübhəsiz ki, Rusiyanın "dost olmayan ölkələr" siyahısına düşdü. Bu siyahıya düşmək müharibənin vəkalət formasından klassik formaya keçəcəyi təhlükəsidir, yəni tərəflərin birbaşa savaşa qoşulacağı dövrdə Almaniyanı da rus raketlərinin hədəfinə çevirə bilər.

Əlbəttə ki, göndəriləcək az sayda tank müharibənin gedişini radikal şəkildə dəyişməyəcək, fəqət onların göndərilmiş olması o deməkdir ki,  ABŞ Almaniyanı da tora salmağı və müharibəyə cəlb etməyi bacardı”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.505289