Almaniyada yaşayan iş adamı Rəna Nizami Toppuş bacıya yardım etdi

2022-12-28 23:56:00

Almaniyada yaşayan iş adamı Rəna Nizami Toppuş bacıya yardım etdi

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə Almaniyada yaşayan soydaşımız, iş adamı Rəna Nizami yardım edib.

Tünzalə üçün “ağıllı dərman” preparatlarının ikinci hissəsini soydaşımız alıb. İynələr 21 gündən bir vurulmalıdır. Onkoloqu tərəfindən nəzarətlə xüsusi preparatın birinci hissəsi aktrisaya köçürülüb. Qeyd edək ki, Rəna Nizami 7ildir ki, Almaniya və digər Avropa ölkələrində yaşayan soydaşlarımıza dəstək olub. Eyni zamanda Azərbaycanda çox sayda aksiya keçirərək ehtiyacı olan ailələrə ərzaq yardımları edib. O eyni zamanda "Doğmalarımız" (qadınlar üçün qrup) qrupunun rəhbəridir.

Hurriyyet.Az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158932