Saat:16:53
Haqqımızda

Almaniyada Ukrayna ilə bağlı məxfi görüş keçirilib

2024-08-30 14:02:11

Almaniyada Ukrayna ilə bağlı məxfi görüş keçirilib

Hurriyyet.az xəbər verir ki, "Bild" nəşrinin məlumatlı mənbəyə istinadla verdiyi informasiyaya görə, 27-29 avqust tarixlərində Almaniyanın Drezden şəhərində NATO ilə Ukrayna təmsilçiləri arasında məxfi görüş keçirilib. Qapalı tədbirdə 35 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Niderland, Almaniya, İsveç dövlətlərinin ordularının rəhbər şəxsləri iştirak ediblər. Kiyevi Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk təmsil edib.
Nəşrin yazdığına görə, konfransda Almaniya hərbi texnikasının ən yeni nümunələri təqdim edilib. Onların arasında dronları 9 km məsafədən vura bilən "Skyranger" təkərli HHM sistemi, 54 km mənzilə malik, dəqiqədə 9 atəş aça bilən PCH-155 pilotsuz təkərli haubitsa da var. 2025-ci ildə Ukraynaya 50 ədəddən artıq belə haubisa veriləcəyi bildirilir.
NATO-nun Ukrayna ilə bağlı rəsmi iclası avqustun 28-də keçirilib. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165020