Almaniyada saxlanan iki türk jurnalist sərbəst buraxıldı
2023-05-18 14:41:00

Almaniya polisi Türkiyənin “Sabah” qəzetinin Frankfurtdakı ofisinə basqın edərək iki jurnalisti saxlayıb. Bu barədə “Anadolu” xəbər agentliyi məlumat yaymışdı.
Saxlanmanın səbəbi jurnalistlərin “FETÖ-çülərlə bağlı reportaj hazırlamaları” olub. “Anadolu” xəbər agentliyinin məlumatına görə, onların evlərində axtarış aparılıb, kompüter və telefonlar müsadirə edilib. Məsələ ilə bağlı Almaniyanın Türkiyədəki səfiri insidentlə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilir ki, “Daily Sabah”ın Almaniya təmsilçisi İsmayıl Eren və Xəbər müdiri Cemil Albay FETÖ-çu Cevhei Güven və Ercan Karakoyunun şikayətinə əsasən saxlanılıb. Artıq jurnalistlər sərbəst buraxılıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya