Almaniyada inflyasiya sürətlənib
2024-11-12 17:55:11
Almaniyada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri 2024-cü ilin oktyabrında illik müqayisədə 2,4 faiz artıb.
Musavat.com ölkənin Federal Statistika İdarəsi "Destatis"in yekun məlumatlarına istinadən xəbər verir ki, əvvəlki ayda göstərici 1,8 faiz olmuşdu, bu isə oktyabrda inflyasiyanın sürətləndiyini göstərir.
Sentyabr ayı ilə müqayisədə istehlak qiymətləri 0,4 faiz artıb. Sentyabrda 0,1 faiz deflyasiya qeydə alınmışdı. Analitiklər orta hesabla illik 2,4 faiz, aylıq isə 0,4 faiz artım proqnozlaşdırırdılar.
Almaniya standartlarına uyğun hesablanan istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 2 faiz, aylıq ifadədə isə 0,4 faiz artıb. Bu, analitiklərin proqnozları ilə eynidir.