Almaniyada görünməmiş leysan: sel binaları yıxır, ölənlər və yaralananlar var

2021-07-15 12:59:00

Almaniyada görünməmiş leysan: sel binaları yıxır, ölənlər və yaralananlar var

Hurriyyet.org xəbər verir ki, Almaniyada yağan şiddətli yağışlar selə səbəb olub. İki nəfəri yanğınsöndürən olmaqla, ümumilikdə 7 nəfər sel sularında həlak olub. Reynland-Pfalts vilayətində 6 binanın çökdüyü və 60 nəfərin axtarışda olduğu bildirilir.

Almaniyanın cənub və qərb bölgələrində hər kvadrat metrə təxminən 200 kiloqram yağıntı düşüb.

Adenau şəhərinin yaxınlığındakı Şud qəsəbəsində 6 binanın çökdüyünü bildirib.

Almaniya mətbuatındakı xəbərlərdə 60 nəfərin itkin düşdüyü, 25 binanın çökmə təhlükəsində olduğu bildirilir.