Saat:20:16
Haqqımızda

Almaniya XİN: Ukraynadakı münaqişə danışıq yolu ilə bitəcək

2025-05-30 20:55:52

Almaniya XİN: Ukraynadakı münaqişə danışıq yolu ilə bitəcək

Almaniyanın xarici işlər naziri Johann Wadephul Ukraynadakı münaqişənin danışıqlar yolu ilə başa çatacağını bildirib.

O, bu barədə "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Rusiyanın nüvə silahı qarşısında tam məğlubiyyəti real deyil və buna görə də vəziyyətə daha dürüst yanaşmaq lazımdır.

Wadephul əlavə edib ki, Almaniya Rusiya ilə “hibrid müharibə” vəziyyətində olsa da, “müharibə” ifadəsindən qaçmağı üstün tutur və problemin həlli üçün yeni yollar axtarır.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunun keçiriləcəyini açıqlayıb. Lavrovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynaya memorandum təqdim edəcək və bununla münaqişənin əsas səbəblərinin aradan qaldırılması üzrə irəliləyiş gözlənilir.\\Teleqraf 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219049