Saat:17:03
Haqqımızda

Almaniya Xameneinin adamını ölkədən qovur

2024-08-29 12:21:20

Almaniya Xameneinin adamını ölkədən qovur

Almaniya rəhbərliyi Hamburqda fəaliyyəti qadağan edilmiş İslam Mərkəzinin keçmiş rəhbəri Məhəmməd Hadi Müfəttehi ölkədən çıxarmaq qərarına gəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə DPA agentliyi Hamburqda daxil işlər idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, idarə bu həftə Müfəttehin ölkədən çıxarılması ilə bağlı qərar verib. Ona 14 gün ərzində Almaniyanı tərk etmək tapşırığı verilib. Bundan əlavə, din xadiminə sonradan Almaniyaya daxil olmaq və onun ərazisində qalmaq qadağan edilib, əks halda onu üç ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Müfətteh Hamburqdakı İslam Mərkəzinə 2018-ci ildən rəhbərlik edirdi. Din xadimi İranın dini lideri Əli Xameneinin Almaniyadakı rəsmi nümayəndəsi hesab olunurdu./Axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.248283