Almaniya Sloveniya vasitəsilə Ukraynaya T-72 tanklarını çatdıracaq

2022-04-21 15:50:00

Almaniya Sloveniya vasitəsilə Ukraynaya T-72 tanklarını çatdıracaq

Almaniyanın "DPA" agentliyi xəbər verir ki, Almaniya hökuməti sovet dövrünə aid T-72 tanklarının dairəvi mübadilə prinsipi əsasında Sloveniya vasitəsilə Ukraynaya təhvil verilməsinə hazırlaşır.
Sövdələşmə Sloveniyanın Ukraynanı öz tank ehtiyatlarından təmin edilməsini nəzərdə tutur və Almaniya daha sonra Sloveniyanın verdiyi tankları alman istehsalı olan "BMP Marder" və "Fuchs" zirehli hərbi texnikası ilə əvəz etməyi öhdəsinə götürür.
Berlində hesab edirlər ki, ukraynalıların Sovet T-72-lərdən istifadə etmək üçün təlim keçmələrinə ehtiyac yoxdur, çünki onlar artıq Ukrayna Silahlı Qüvvələrinin inventarında var. Bundan başqa Sloveniya təkcə "Marder" və "Fuchs" deyil, həm də müasir "Leopard 2" tankları, "Boxer" və "Puma" zirehli personal daşıyıcılarını kompensasiya kimi tələb edir.
Almaniyanın müdafiə naziri Kristine Lambrext daha əvvəl bildirmişdi ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə 2000 tipli tank haubitsalarını idarə etmək üçün təlim keçəcək. Hollandiya onları Kiyevə vermək niyyətindədir. Lambrext həmçinin təsdiqləyib ki, Almaniya öz hərbi texnika ehtiyatlarından Ukraynaya ağır silahlar verə bilməz.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya