Almaniya səfərbərlikdən yayınan rusları qəbul edəcək

2022-09-22 22:57:00

Almaniya səfərbərlikdən yayınan rusları qəbul edəcək

Almaniya qismən səfərbərlikdən yayınan rusları qəbul etməyə hazır olduğunu açıqlayıb.

Bu  barədə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer açıqlama verib.

O, döyüşməkdən imtina edən çağırışçıların Almaniyada sığınacaq üçün müraciət edə biləcəklərini qeyd edib.

Bundan əvvəl Avropa Komissiyasının Rusiyada qismən səfərbərlik elan edildikdən sonra humanitar səbəblərdən ruslara viza vermək barədə düşündüyü bildirilmişdi. Avropa Komissiyası artıq Avropa İttifaqı ölkələri ilə məsələni müzakirə edir.

Eyni zamanda, Latviya səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına “təhlükəsizlik baxımından” humanitar viza verməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.106042