Almaniya parlamenti Ukraynadakı “Qolodomor”u soyqırımı kimi tanıdı
Hurriyyer.az "Doyçe Velle" agentliyinə istinadla xəbər verir ki, Almaniya parlamenti Ukraynada “Qolodomor” adlandırılan, Stalin rəhbərliyinin siyasəti il 1930-cu illərin əvvəllərində yaradılmış süni qıtlıq nəticəsində baş verən kütləvi ölümləri rəsmən soyqırımı kimi qiymətləndirən qərar qəbul edib.
1932-33-cu illər arasında Ukraynada qıtlıq nəticəsində 4 milyon nəfərə qədər insan acından dünyasını dəyişmişdi.
Kəndliləri kollektiv təsərrüfata məcbur eləmək və milli müqavimət hərəkatını boğmaq istəyən SSRİ rəhbərliyi kəndlilərin tarlalarını və heyvanlarını ələ keçirərək Ukraynada süni qıtlıq yaratmışdı.
Yeri gəlmişkən, həmin illərdə "qolçomaqların bir sinif kimi yox edilməsi" siyasəti, kollektivləşmə, mərkəzi hakimiyyətin tərəfindən qida hazırlamasının planın böyütməsi və qazaxların heyvandarlığının müsadirəsi “tədbirləri” nəticəsində Qazaxıstan əhalisinin də sayının yarıbayarı azaldığı qeyd edilir.
Hürr Tərcüman