Saat:04:02
Haqqımızda

Almaniya ordunun yenidən silahlanması üçün pul tapmır

2024-04-11 22:06:13

Almaniya ordunun yenidən silahlanması üçün pul tapmır

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bildirib ki, ölkənin 2025-ci il üçün hərbi büdcəsi artırılmasa, yenidən silahlanma proqramının dayandırılması təhlükəsi yaranacaq. 

Bu barədə "Spiegel" jurnalı məlumat yayıb.

Bundestaqın Yaşıllar Partiyasından olan deputatları ilə qapalı görüşdə çıxış edən Pistorius növbəti ilin müdafiə büdcəsi üçün nəzərdə tutulan 52 milyard avronun Almaniya ordusunun daha da modernləşdirilməsi üçün kifayət etməyəcəyini bir daha vurğulayıb. Müdafiə naziri xəbərdarlıq edib ki, hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmasa, Bundesver yenidən silahlanmaya son qoymaq riski ilə üzləşə bilər.

Jurnalın məlumatına görə, Pistorius maliyyə naziri Kristian Lindnerlə qarşıdakı büdcə danışıqları zamanı gələn ilin büdcəsində əhəmiyyətli artıma nail olmaq niyyətindədir.

Bundan əvvəl Alman Ehtiyatçılar Birliyinin rəhbəri Patrik Zensburq demişdi ki, Almaniya ordusu fövqəladə hallardan dövlətin təhlükəsizliyini təmin etmək üçün daha 600 min ehtiyatda olan əsgəri cəlb etməlidir. \\Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.241058