Saat:15:32
Haqqımızda

Almaniya müharibəyə cəlb olunur – Lavrov

2025-05-28 19:57:37

Almaniya müharibəyə cəlb olunur – Lavrov

Rusiya Almaniyanın Ukrayna üçün raketlərin uçuş məsafəsinə qoyduğu məhdudiyyətlərin götürülməsi ilə bağlı məlumatları yoxlayacaq.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər oxuduqlarımı düzgün anladımsa, Almaniya Kansleri Fridrix Merts mətbuat konfransında bildirib ki, o, lap əvvəldən Ukraynada hər hansı bir sıra raketlərin istehsalının maliyyələşdirilməsini nəzərdə tuturdu. Guya Ukraynaya Almaniya istehsalı raketlərin tədarükündən söhbət getmir. Yoxlamaq lazımdır. İstənilən halda, hər iki hal gərginliyin artırılması, müharibəyə dəstəkdir. Almaniya da bu müharibəyə cəlb olunur”, – Lavrov bildirib.

Rusiya XİN başçısı əlavə edib ki, Almaniya keçmişdə olduğu kimi, dağılmağa doğru gedir. \\Globalinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.148903