Saat:23:31
Haqqımızda

Almaniya kəşfiyyatının rəhbəri: "Ukrayna — Putin üçün yalnız ilk addımdır"

2025-06-10 14:02:55

Almaniya kəşfiyyatının rəhbəri:

Hurriyyet.az xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) vəzifəsini tərk eləməkdə olan rəhbəri Bruno Kal Rusiyanın Ukraynadakı müharibəyə NATO ölkələrinə ehtimal edilən hücumu ərəfəsində aralıq mərhələsi kimi baxdığını iddia edib.
"Table.Today" kanalına müsahibə verən kəşfiyyat rəisi deyib: "Biz əminik və əlimizdə dəlillər var: Ukrayna Rusiyanın Qərbə gedən yolunda yalnız bir addımdır".
Onun sözlərinə görə, Kremldə hesab edirlər ki, NATO öz üzvlərinin birinə hücum ediləcəyi təqdirdə onu müdafiə etməyə cürət etməyəcək. Kal deyib: "Onlar 5-ci maddənin işləyib-işləmədiyini yoxlamaq istəyirlər. Onların hədəfi — ABŞ-ni Avropadan sıxışdırıb çıxarmaq və vəziyyəti 1990-cı illərin axırlarındakı hala qaytarmaqdır".
BND əməkdaşları hesab edirlər ki, Moskva Baltika respublikalarında da rusdilliləri müdafiə adı altında təxribat törədə bilər — 2014-cü ildə Krımın ilhaqı zamanı belə olmuşdu. Kəşfiyyatın rəhbəri əmindir: indi Rusiya ilə istənilən danışıqlar mənasızdır. Kal deyib: "Qarşısını almaq —  müharibəyə yol verməmək üçün ən az qanlı üsuldur. Putin özünün aqressiv kursunu dəyişməyib". 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.276701