Almaniya kanslerinin "əkizi" tapıldı
2024-02-09 18:13:23

Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltz ABŞ-a səfəri zamanı bənzəri ilə qarşılaşıb.
Vaşinqtonda tədbirlər zamanı Şoltz demokrat senator Kris Kunsla qarşılaşıb.
Şoltz X şəbəkəsindəki səhifəsində yazıb: "Əkizim Kris Kunsu yenidən görmək çox xoşdur".
Hürr Tərcüman
