Almaniya kansleri Şoltsun mövqeyi niyə dəyişdi?

2023-03-15 14:08:00

Almaniya kansleri Şoltsun mövqeyi niyə dəyişdi?

Almaniya Qarabağ məsələsini, deyəsən, nəhayət, Azərbaycanın sırf daxili işi kimi qıbul edərək bu məsələdə qərarını verib. Almaniya hökumətinin başçısı, kansler Olaf Şolz Prezident İlham Əliyevlə birgə mətbuat konfransı zamanı iki dəfə vurğuladı ki, Almaniya və bütün beynəlxalq ictimaiyyət Qarabağı və onun müstəqilliyi ideyasını tanımır. Qarabağda yaşayan əhali haqqında Şolts eksklüziv olaraq etnik azlıqlar kontekstində danışıb.
Ən maraqlısı odur ki, bu yaxınlara qədər Almaniyada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən həmin Olaf Solts bir növ “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə” haqqında danışmışdı, bu da ermənilərin çılğın sevincinə səbəb olmuşdu və onlarda illuziyalar oyatmışdı. Lakin sonra Almaniya kanslerinin rəsmi səhifəsində bu sözlər silindi və Almaniya rəhbərliyi “Dağlıq Qarabağ vətəndaşları” ifadəsinin praktiki “inkişafının” olmayacağını açıqladı. İndi Olaf Solts Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onun daxili işlərinə, o cümlədən milli azlıqların məsələlərinə müdaxiləni qəbuledilməz hesab edən ölkə kimi Almaniyanın mövqeyini açıq və birmənalı ifadə etdi.
Almaniyanın öz mövqeyini və düzgün istiqamətdə çox tez qərar verməsi heç də təsadüfi deyil. Və bu, fransız “dostlarının” erməni “artsax” separatçılarının rəsmi Berlindən dəstəyini almaq üçün aşkar istəyinə baxmayaraq baş verdi. Məsələ burasındadır ki, Almaniya iqtisadiyyatı getdikcə Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinə məruz qalır və bütün sahələrdə problemlərlə üzləşir.
“Şimal axınları”na badalaq vurulması Almaniyanın enerji balansında problemlərə gətirib çıxardı və Rusiyaya “enerji bağlılığı” siyasətinin zərərliliyi özünü büruzə verdi. Almaniyada qaz təchizatı mənbələrini şaxələndirən və Azərbaycandan təbii qaz idxalının artırılmasında iştirak edən həmin İtaliyanın siyasəti daha uğurlu hesab olunur. Təbii ki, Xəzər hövzəsi ölkələrindən enerji nəqlinə maraq bu enerji daşıyıcıları üçün tranzit marşrutu boyunca Cənubi Qafqazda separatizmin dəstəklənməsi ilə bir araya sığmır. İki məsələ tərəzinin eyni gözlərinə yerləşə bilməz.
Almaniyaya “alternativ” Şərq-Qərb ticarət yolları lazımdır, bu yolların Rusiyadan yan keçməsi arzu olunandır. Və burada onlar Cənubi Qafqazdan keçən marşrutlara xüsusi diqqət yetirməyə başlayırlar, hansı ki, bu marşrut bir tərəfdən Almaniya və Aİ ölkələrini, digər tərəfdən isə Çin və Mərkəzi Asiya dövlətlərini birləşdirən əsas transkontinental arteriyaya çevrilə bilər.
Amma bildiyiniz kimi, bu arteriyanın təhlükəsizliyini separatçı layihələr, ilk növbədə Azərbaycan Qarabağında “Artsax” layihələri şəklində “laxtalanmış qanlar” təhdid edir. İnsan bədənində məcrasından çıxmış qan laxtası damarı bağlaya və bədəni ölümə apara bildiyi kimi, trans-Avrasiya yollarında separatçı “qan laxtaları” da qlobal miqyaslı mənfi nəticələrə gətirəcək müharibələrə “partlaya” bilər.
Yeri gəlmişkən, Almaniya hazırda trans-Avrasiya marşrutları üzrə fasiləsiz tranzitdə maraqlıdır. Berlin iqtisadi əməkdaşlıqda və Çinlə ticarətin artmasında da maraqlıdır. Təsadüfi deyil ki, həmin Olaf Solts, əslində, Şi Szinpini yenidən ÇXR prezidentliyinə seçilməsi münasibətilə təbrik edən yeganə Qərb lideri idi.
Öz növbəsində, Çin, öz tərəfindən əsas marşrutlarda, xüsusən də Çin iqtisadiyyatının maraqlı olduğu marşrutlarda tranzitin maksimum problemsiz inkişafına kömək etməyə çalışır. Pekin son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış edir. Bununla o, Yaxın Şərqdəki əsas iqtisadi tərəfdaşlar arasında münaqişəyə qətiyyən ehtiyac olmadığını çatdırır. Belə ki, Çin Səudiyyə Ərəbistanından neft idxalını artırır, eləcə də İranla Çin arasında ticarət də artır.
Belə bir şəraitdə “dünya emalatxanası” Çinlə münasibətlərdən asılı olan Aİ-nin aparıcı iqtisadiyyatı olan Almaniya üçün Avrasiyanın iki iqtisadi mərkəzini birləşdirən damarlarda problem yaratmaq tamamilə faydasızdır. Hətta Berlinin siyasətində ənənəvi olaraq öz xeyrinə “düzəliş edən” Paris bunda nə qədər maraqlı olsa da.
Erməni millətçiləri və “Artsax” separatçıları bütün ümidlərinə baxmayaraq Almaniyada dəstək görməyəcəklər. Bu isə o deməkdir ki, onlar Azərbaycanla tezliklə dialoqa getməli və hər şeyi etməlidirlər ki, İrəvanla Bakı arasında ərazi bütövlüyünə hörmət və kommunikasiyaların açılması əsasında ən qısa zamanda sülh müqaviləsi imzalansın. Beləliklə, həmin Almaniya da Zəngəzur dəhlizinin, başqa bir transkontinental nəqliyyat arteriyasının fəaliyyətində maraqlıdır.
“Artsax” separatizminə gəlincə, bu layihə nəhayət qapanmalıdır. Bütün qanunsuz separatçı dəstələr Azərbaycan ərazisindən çıxarılmalı, Qarabağ erməniləri tamhüquqlu Azərbaycan vətəndaşları kimi Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215379