Almaniya kansleri Olaf Şolts: Ukrayna alman istehsalı olan silahlar ala bilər

2022-04-20 12:53:00

Almaniya kansleri Olaf Şolts: Ukrayna alman istehsalı olan silahlar ala bilər

Almaniya kansleri Olaf Şolts beynəlxalq tərəfdaşlar, NATO və Avropa İttifaqının rəhbərləri ilə onlayn söhbətdən sonra deyib: “Rusiyanın hücumuna qarşı duruş gətirmək üçün Ukrayna Almaniya istehsalı olan silahlar ala bilər”.
Şoltsun ​​sözlərinə görə, Almaniya Ukraynaya əlavə maliyyə yardımı göstərəcək.
Almaniyanın Ukraynanı ağır silahlarla təchiz edib-etməyəcəyi ilə bağlı suala Almaniya kansleri belə cavab verib: “Məsələn, alman Leopard tanklarının Ukraynada heç bir mənası olmaz, çünki onların bu texnikanı idarə etmək təcrübəsi olmadığı üçün onlardan istifadə edə bilmirlər. Əvəzində Ukrayna ordusunun tanış olduğu Şərqi Avropa ölkələrindən silahların tədarükü davam etdirilməlidir”.
Almaniya kanslerinin fikrincə, Rusiya bu müharibədə qalib gəlməməlidir. Şolts Rusiyanın Ukraynanın şərqində başlayan hərbi hücumunu pisləyib. "Müharibənin qurbanları üçün hədsiz kədər hissi keçiririk və onu da deməliyəm ki, Rusiya prezidentinin bu mənasız müharibəsinə böyük qəzəb hissi keçiririk", Almaniya kansleri deyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya