Almaniya Daxili İşlər Nazirliyi Türkiyə-Niderland görüşünü ən təhlükəli qarşılaşma hesab edir və...
2024-07-06 12:35:07

Almaniya Daxili İşlər Nazirliyi Türkiyə-Niderland görüşünü ən təhlükəli qarşılaşma hesab edərək mühafizəni ikiqat artıracaq.
Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb Avropa Çempionatının 1/8 final mərhələsində Merih Demiralın göstərdiyi “bozqurd” işarəsinin bəzi azarkeşlərdə qıcıq yaratmasıdır.Buna görə də, Almaniya polisi təhlükəsizlik tədbirləri görəcək.
Qeyd edək ki, Türkiyə-Niderland görüşü iyulun 6-da Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
