Almaniya 319 Azərbaycan vətəndaşına rədd cavabı verdi

2022-11-19 16:18:00

Almaniya 319 Azərbaycan vətəndaşına rədd cavabı verdi

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi (BAMF) məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib:

“Sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul sayılıb”.

Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.

Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi qəbul olunmayan şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.341806