Saat:07:25
Haqqımızda

Alman şirkətləri Rusiyaya müvəqqəti işğal olunmuş Mariupolun bərpasında kömək edir

2024-04-04 12:41:18

Alman şirkətləri Rusiyaya müvəqqəti işğal olunmuş Mariupolun bərpasında kömək edir

Almaniyanın “ARD Monitor” araşdırmaçıları maraqlı açıqlamalar paylaşıblar.

Onlar bildiriblər ki, 20 ildən artıq Rusiyanın fəxri konsulunun rəhbəri olduğu “Knauf” kompaniyasının törəmə şirkəti Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə Mariupolda həyata keçirilən tikinti layihələri üçün tikinti materialları tədarük edir. Jurnalistlər buna dair təkzibedilməz sübutlar yayımlayıblar.

Tədarük edilən alman istehsalı olan materiallar ağır maşınlar və pəncərələrdir. Materialların büküldüyü gips paketlərdə “Knauf” adı var.

Həmçinin, nəşr yazır ki, “Knauf”un 4 min əməkdaşı da Rusiyada işləməkdə davam edir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180950