Saat:12:27
Haqqımızda

Alman kəşfiyyatının keçmiş rəisi: İranla atom anlaşmasına qayıtmaq yanlışdır

2021-07-28 12:16:00

Alman kəşfiyyatının keçmiş rəisi: İranla atom anlaşmasına qayıtmaq yanlışdır

Almanın kəşfiyyatının keçmiş başçısı Auqust Heninq İranla atom anlaşmasına qayıtmanı səhv adlandıraraq, İranın niyyətlərinə "çox şübhə ilə yanaşdığını" bildirib. “Azad İran” Teleqram kanalının verdiyi xəbərə görə, Henninq “Jerusalem Post” qəzetinə müsahibəsində, "Atom İranı bütün bölgə üçün təhdid qaynağı olacaq", deyə ifadə edib. Onun sözlərinə görə, İran atom silahı əldə edərsə, bu, "bütün Yaxın Şərqdə silahlanma yarışına" səbəb ola bilər ki, bu da bölgə üçün "pis xəbər" olardı. Keçmiş kəşfiyyat başçısı atom sazişinə qarşı çıxmasına toxunaraq deyib ki, İran hökuməti atom silahı əldə etməyi məhdudlaşdırmaq üçün həqiqətən lazımi tədbirləri görmək istəyində deyil. Henninq habelə vurğulayıb: “İranın bölgədəki rolu o qədər də müsbət deyil. Biz eyni problemi İranın raket proqramında da görürük. Əgər kimsə bir sıra uğurlar əldə etdiyi sahədə bu qədər iddialı raket proqramını işə salmaq istəyirsə, əlbəttə ki, müdafiə məqsədləri üçün raketə ehtiyacı yoxdur, əksinə, bundan nizami hədəflər üçün istifadə etmək istəyir”.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR