Allahverdi Məmmədli Ali Məhkəmədən getdi

2023-04-14 17:31:00

Allahverdi Məmmədli Ali Məhkəmədən getdi

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb. O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184143