Saat:06:23
Haqqımızda

ALLAH GÖRÜR! – Şamil yazır

2023-01-31 09:41:00

ALLAH GÖRÜR! – Şamil yazır

Dövlətlər də insanlara oxşayır. Xəbisi, təmiz qəlblisi var. Sərxoşu, ayığı var. Bici var, gici var. Düzgünü var, ağıllısı var...

Qardaş, nə edək ki, bu fani dünyada bizim də bəxtımızə giclə, biclə, sərxoşla qonşuluq etmək düşüb!

Bir vaxtlar şah oglu şah babalarımızın səxavətlərindənmi, mərhəmətlərindənmi, yoxsa qonşularının sinsi planlarındanmı, bilmirəm, sahib olduqları ucsuz-bucaqsız ormanlardan, dağlardan, bağlardan bizə çox kiçik bir ərazidə yaşayıb yaratmaq qalıb. Başımızı aşagı salıb xırda-xırda, heç kimə dolaşmadan, ilişmədən, hesab sormadan yaşamaq istəyirik bizə məxsus bu kiçik mirasda, gərçi, sən saydığını say, gör xəbis qonşuların nə sayır. Gecə-gündüz nəşə satan, yeyişini-geyişini bilməyən, bizi Allahın yoluna gətirmək istəyir, quyruğuyla suyumuzu bulandırır, donuzunun başına yaylıq bağlayıb gəzdirir müqəddəs yerlərimizi, “əcəb edirəm” deyərək. Qanımızı tökənə iti bıçaq  verir, torpaqlarımızın böyük hissəsində at oynatmağından doymur, hər gïn bir əzizimə əzab verir, bu da azmış kimi başqasına gücü çatmayanda, mənə xox gəlir.

Amma bu dinsizə bircə buna deyən yoxdur ki, Allah deməklə, bayrağına Allah yazmaqla deyil bu işlər, Allah gərək qəlbdə ola. Onu da bilmir ki, bizə şah damarımızdan da yaxın olan, hər şeyi görür və bilir, başına əmmamə qoyub qaraya bürünsən belə. İmansız, imansızdır, bir əlində təsbeh, o biri əlində risalə olmağı bir yerə qədər kömək edər ona. Sabun köpüyü kimi şişməyinin, onu-bunu qapmağının, qudurmağının da bir sonu olmalıdır ya, yox? Gün gələr adını belə çəkməyi özünə sığışdırmadığın, bayrağını tərsə asdığın, qaçqın, dilənçi kimi baxdığın, elçisinin qanını tökdüyün qonşunun əlindən edər əcəlini, o gözə görünməz. Nə qədər gec deyil haqqa gəl, vay o günə ki, Haqq səni haqqa gətirə, başına od alov yağdıraraq, qanımızı töküb içdiyin qabda boğaraq.

Birimizi şəhid etməklə də işləməz sizin planınız. Qırx dörd günlük müharibə, hamımızın şəhid olmağa hazır olduğumuzu dosta da göstərdi, sizə də, şahidimiz də uğrunda hər an qurban getməyə hazır olduğumuz Allah oldu!

Bu yerdə bizə haqq yolundan çıxmadan, səbrlə, təmkinlə doğru olan işimizdə yürümək düşər, xüsusilə bu günlərdə daha təmkinli, daha ehtiyatlı, daha diqqətli olaraq. Gözləyək səbrlə. Necə deyərlər, vaxtilə gur su gələn Arazımıza axır ki, sel gələr, yuyub aparar bütün yanlış sənədləri, müqavilələri, pislikləri.

Xəbisi də, sərxoşu da, gici də, bici də görən Allah, əlbət, bir gün bizi də görər!

ŞAMİL

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR