Saat:04:05
Haqqımızda

Alınacaqmı..? – YAZI

2023-02-04 19:48:00

Alınacaqmı..? – YAZI

"Alınacaqmı" deyəndə, "Qarabağ"ın yeni qapıçı transfer etməsini nəzərdə tutmuruq. Onsuz da bu məsələ baş tutmadı.

UEFA Avropa Konfrans Liqasında "Gent"lə ilk oyuna çox az vaxt qalıb. Düzdür, Ağdam təmsilçisi sıralarını 3 yeni futbolçuyla gücləndirib. Qurban Qurbanovun əlinin altına düşən həmin oyunçular da əvvəlki legionerlər kimi perspektiv, gələcək vəd edir. Amma və lakin qapıçı alınmadı. Uzun müddətdir "Qarabağ"ın ən yaralı yeri olan qapı mövqeyinə yeni futbolçu cəlb olunmadı. Komandanın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev də zədəlidir.

Ağdamlıların "Gent"lə oyun üçün UEFA-ya göndərdiyi siyahıda 3 qolkiperin adı var – Luka Quqeşaşvili, Amin Ramazanov və Ayhan Arazlı.

Hazırda Azərbaycan futbol ictimaiyyətində əsas suallardan biri budur: "Qurbanov "Gent"lə oyunda bu 3 qapıçıdan hansına güvənəcək?"

Luka Quqeşaşvili – Əlbəttə, bir nömrəli namizəd təcrübəsinə, digərləri ilə müqayisədə elitada oyun praktikasına görə gürcüstanlı qolkiperdir. Onun da çıxışından, potensialından xəbərdarsınız. Çox vaxt inamsız təsir bağışlayan Quqeşaşvilinin matç(lar)da çərçivəni qoruması nüansı azarkeşləri nigaran qoyub. İki tur əvvəl "Turan Tovuz"la oyunda (2:3) da buna bir daha şahidlik etdik. Bu təşviş təkcə fanatlarda yox, elə klub rəhbərliyində də var. 

Amin Ramazanov – Gənc qapıçı bu gün Premyer Liqanın 21-ci turu çərçivəsində səfərdə "Kəpəz"lə keçirilən oyunda (1:1) çərçivədə idi. Pis təsir bağışlamadı. Ahmed Ayzayanın bərabərlik qolunu vurduğu epizodda Ramazanovu qınamaq doğru olmazdı. Müdafiəçilərin topu cərimə meydançasından uzaqlaşdıra bilməməsi yekunda çərçivəyə uzaqdan qüvvətli zərbə endirilməsi ilə nəticələndi. Həm də, gənc "kiper" topu rahat müşahidə edə bilmədi. Əgər "Gent"lə qarşılaşma(lar)da hər hansı fors-major olsa, Quqeşaşvilinin yerinə Ramazanovu qapıda görə bilərik.

Ayhan Arazlı – Çoxlarınız bu adı bəlkə də ilk dəfə eşidirsiniz. Bu da normaldır. Ayhan Arazlını 2 gün əvvələdək daha çox "Qarabağ" fanatları tanıyırdı. Qapının Ağdam təmsilçisinin əvəzedici heyətindən əsas komandaya cəlb edilən gənc qolkiperə etibar olunması inandırıcı görünmür.

Görünən odur ki, "Qarabağ"ın işi yeni qapıçısız çox çətin olacaq. Bu qədər zaman ərzində Ağdam təmsilçisinin yeni qapıçı almaması və məsələni beləcə "bağlaması" təmsilçimizin yolunu bağlaya bilər. 

İndi isə əsas sual "Yeni qapıçı alınacaqmı?" yox, "Bu qapıçılarla alınacaqmı..?"dır...

\\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR