Saat:22:54
Haqqımızda

Aliment bu halda azaldıla bilər — Məcəllə belə deyir

2025-12-01 21:34:49

Aliment bu halda azaldıla bilər   — Məcəllə belə deyir

Aliment,alimentin məbləği və ödənilməsi ən çox müzakirə olunan mövzulardandır.

Bu dəfə təqdim edəcəyimiz mövzu alimentin azaldılması ilə bağlıdır.

Bu necə həyata keçirilir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,Ailə Məcəlləsində alimentlə bağlı bu suala da cavab var.

"Aliment uşağın saxlanması üçün nəzərdə tutulmuş ödənişdir.Ailə Məcəlləsinin 99-cu maddəsində alimentin təyin olunmasından bəhs olunur.Aliment təyin edildikdən sonra gələcəkdə aliment ödəyən şəxsin maddi imkanında dəyişiklik olursa,misal üçün həmin şəxs işdən azad olunursa,bu halda alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilər.Bu barədə Ailə Məcəlləsinin 112-ci maddəsində bəhs olunur.Amma,bu məsələ o qədər də asan olmur.Daha müsbət nəticə əldə etmək hüquqşünasla birgə hərəkət etməkdir",-deyə hüquqşünas bildirib.

 

Hazırladı:Şahbaz