Alim Qasımov: “Bikarçılıqdan “xalxın qızı”nı qaçırdım” - VİDEO

2022-09-09 23:26:00

Alim Qasımov: “Bikarçılıqdan “xalxın qızı”nı qaçırdım” - VİDEO

“Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır”.

Hurriyyet.az xəbər verir ki, bunu BAKU.TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Alim Qasmov deyib.

O, əksər verilişlərə qonorarsız çıxmadığını qeyd edib.

Xalq artisti həyat yoldaşı ilə evlilik hekayəsindən də bəhs edib:

“Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir. Sonra “xalxın qızı”nı götürüb qaçdım”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062965