Ali məktəblərdə təhsil ənənəvi, distant, yoxsa hibrit formada təşkil ediləcək? - VİDEO

2022-08-29 23:02:00

Ali məktəblərdə təhsil ənənəvi, distant, yoxsa hibrit formada təşkil ediləcək? - VİDEO

Bir müddət sonra Azərbaycanda yeni tədris mövsümü başlayır.

Orta məktəblər kimi universitetlərin də açılmasına sayılı günlər qalıb. Bəs bu il ali təhsil müəssisələrində təhsil hansı qaydada ola bilər - ənənəvi , distant, yoxsa hibrit?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, indiki mərhələdə heç bir universitetdə distant təhsil gözlənilmir.

Tam ənənəvi təhsilə gəlincə, ekspert deyib ki, bunu yalnız tələbə sayı az olan universitetlər reallaşdıra bilərlər. 15 mindən çox tələbəsi olan ali təhsil müəssisələrinin isə seçimi yenə də hibrid təhsil olacaq.

Mövzuya münasibət öyrənmək üçün ölkənin iki ən böyük ali təhsil müəssisəsi ilə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetindən bildirildi ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə məktub ünvanlayıblar. Cavaba uyğun addım atılacaq.

Bakı Dövlət Universiteti də həm nazirlik, həm də daxili elmi şurasının qərarını gözləyir.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə "Xəzər Xəbər"ə bildirdi ki, sentyabrın 15-dən bütün ali təhsil müəssisələrində dərslərə ənənəvi qaydada başlanacaq. Əgər tələbə sayı çox olan universitetlər hibrid təhsillə bağlı müraciət edərlərsə, bu məsələyə də baxılacaq. Distant təhsil isə ümumiyyətlə gözlənilmir.

Qeyd edək ki, ölkəmizdə təkcə bu il 51 min şəxs tələbə adını qazanıb.  Ümumilikdə isə 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Xezerxeber.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066845