Ali məktəblərdə dövlət imtahanı ləğv edilir? - Təhsil Nazirliyi AÇIQLADI

2022-05-31 16:25:00

Ali məktəblərdə dövlət imtahanı ləğv edilir? - Təhsil Nazirliyi AÇIQLADI

Təhsil Nazirliyi ali məktəblərdə yekun dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib.

Hurriyyet.az-ın xəbərinə görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu məsələ müvafiq normativ aktlarla tənzimlənir.

O xatırladıb ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib: “Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.

Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.” Eyni zamanda həmin sənədə əsasən “2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Qeyd edək ki, bir qrup tələbə dövlət imtahanının ləğvini tələb edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya