Saat:07:32
Haqqımızda

Ali Məhkəməyə yeni hakimlər təyin olunacaq - Biri Qarabağ müharibəsinin iştirakçısıdır

2024-04-01 13:45:42

Ali Məhkəməyə yeni hakimlər təyin olunacaq - Biri Qarabağ müharibəsinin iştirakçısıdır

Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunacaqlar.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunacaqlar.

***

Əldə etdiyimiz məlumata görə, uzun illər məhkəmə sahəsində çalışan T. Muxtarov həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.156890