Saat:06:09
Haqqımızda

ALİ MƏHKƏMƏNİN YENİ SƏDRİ BU XANIM OLACAQ… - Foto

2023-03-14 15:01:00

ALİ MƏHKƏMƏNİN YENİ SƏDRİ BU XANIM OLACAQ… - Foto

Martın 1-də Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məhkəməsinin sədri təyin edilən Səadət İnayət qızı Bəktaşinin yeni vəzifəyə gətiriləcəyi bildirilir.

Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verir.

Əldə etdiyimiz məlumata əsasən, 1 iyun 2012-ci ildən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, təxminən 15 gündür Naxçıvan MR Ali Məhkəməsinin sədri vəzifəsində çalışan S.Bəktaşi tezliklə daha yüksək posta gətirilə bilər.

Belə ki, onun bu yaxınlarda Ali Məhkəmənin sədri vəzifəsini tərk edən Ramiz Rzayevin yerinə gətiriləcəyi iddia olunur. Bu haqda məlumat verən mənbə deyir ki, hazırda mətbuatda Ali Məhkəmənin sədri postuna müxtəlif şəxslərin, o cümlədən Milli Məclisin I vitse-spikeri Əli Hüseynli və Ali Məhkəmə sədrinin I müavini Çingiz Əsgərovun gətiriləcəyi bildirilsə də, bütün bunlar sadəcə hakimiyyət daxilindəki müəyyən qrupların arzusudur. Əslində isə, bu vəzifəyə Səadət Bəktaşinin gətiriləcəyi iddia olunur.

Qeyd edək ki, Bəktaşi Səadət İnayət qızı 25 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.

1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirmişdir.1976-1977-ci illərdə Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsində məhkəmə iclas katibi işləmişdir.1982-1984-cü illərdə Bakı şəhəri 1 saylı Dövlət Notariat kontorunda dövlət notariusu vəzifəsi üzrə stajor;1984-1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qanunvericiliyin sistemləşdirilməsi vəqanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, Sovet qanunçuluğu idarəsində 1-ci dərəcəlimütəxəssis, Qanunlar toplusu redaksiya qrupunda aparıcı mütəxəssis, Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində baş mütəxəssis, rəis müavini vəzifələrində işləyib;

1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının dövlət hüquq şöbəsində böyük məsləhətçi, Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində işləyib;

2000-2007-ci illərdə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin sədri vəzifəsində işləyib;

2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş, İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri vəzifəsini icra edib;

2010-cu ilin avqust ayının 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib;

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədridir.

2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1 iyun 2012-ci il tarixli sərəncamı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR