Saat:03:33
Haqqımızda

Ali Məhkəmə işə baxmadan necə “işə baxıb”? - MƏĞRUR BƏDƏLSOY YAZIR

2024-01-30 17:30:09

Ali Məhkəmə işə baxmadan necə “işə baxıb”? - MƏĞRUR BƏDƏLSOY YAZIR

1-ci dərəcəli qaziyə ali kollegial qərəz , ədalətsizlik sürür

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun cavabdehlər - DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun məhkəməyə göndərdiyi “nümayəndəsi” Orxan Qılman oğlu Babayevin, DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialının nümayəndəsi , DSMF-in tərkibində Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş idarəsinin - 39 saylı vəkil bürosunun sifarişi ilə mümkün saydığı iddianı mümkünsüz saymasının yaşı 2 il oldu. Mümkünsüzlüyün əsasını 15.02.2019 tarixli Şəki İİM-in hakimi İlqar Cabbarovun adından VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun tərtib etdiyi saxta iddianın mümkün sayılmaması haqqında qərardad təşkil edir.

İddianın mümkün sayılmaması haqqında qərardadın saxta-doğru olmasından asılı olmayaraq, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, yenidən eyni predmet üzrə iddia qaldırmağı istisna etmədiyini , məhkəmə təcrübəsinin vahidliyi prinsipini 5 ildir (inzibati) məhkəmə hakimiyyətinin anlaya bilməsinə imkan verilmir. VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov hüquqverici sənəd olmadan DİN- in vəkili və səlahiyyətli nümayəndəsi kimi məhkəmələrlə qeyri-prosessual ilişgiyə girib, VK-dakı vəzifəsindən sui-istifadə edərək vətəndaş qazinin məhkəmə təminatı hüququna qadağa qoyub. Vəzifədən cinayətkarcasına sui-istifadəyə baxın, Əlirza Həbilov Şəki Apellyasiya Məhkəməsinin Qarabağ qazisinin kassasiya şikayətini yazmağa İsmayıllı (?-Ali Məhkəmə bəyəm İsmayıllıya köçüb?-M. B.) kontorundan ayırdığı Nəvahid Abbasova şikayəti yazmamağı tapşırıb.  Və İsmayıllıdan olan vəkil şikayəti 8 aydan sonra yazıb. Əlirza Həbilov bununla da yetərlənməyib, Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlovun 12.02.2020 tarixli iclasında qazinin vəkili Nəvahid Abbasovun iştirakına qadağa qoyub, amma özü qarşı yanın  səlahiyyətli nümayəndəsi və vəkili kimi DİN-in “hüquqlarını ali səviyyədə” elə müdafiə edib ki, ali məhkəmə hakimi vəkilin şikayəti gec yazması əsası ilə   təkbaşına kassasiya şikayətinin mümkün sayılmaması haqqında qərardad qəbul edib. Hələ də bu 12.02.2020 tarixli qərardad iddiaçı qaziyə verilməyib. Amma Əlirza Həbilov bu iddianın və kassasiyanın mümkün sayılmaması haqqında qərardadı bütün məhkəmələrdə “predujicial akt”, Konstitusiya qanunu kimi qəbul etdirir.

Bakı İM-in hakimi Orxan Həsənov da Əlirza Həbilovun , “nümayəndəsi” Orxan Babayevin qeyri-prosessual sifarişi ilə qərəzli, ədalətsiz olmaqdan qaça bilmədi, hətta iş üzrə tərəf olmayan DSMF-in pensiya filialına da Şəki İİM-in 15.02.2019 tarixli qərardadını tətbiq etdi.

Bəs apellyasiya instansiyası? Bakı Apellyasiya Məhkəməsinin İK-sı - Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov eyni iş üzrə iki ayrı sədrliklə  6 ay nə vəkillə təminat haqqında ərizəni təmin etdi, nə işə baxdı. Bu heyətə 10-dan artıq etiraza hələ də baxılmayıb.

Bəs ali instansiya? Ali Məhkəmənin Nigar Rəsulbəyova, İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan (?) ibarət heyəti 2 dəfə Bakı Apellyasiya Məhkəməsinə məktubla İPM-in 23.2 və 96.1 maddəsinin tələblərini anlatdı, amma qərəzli, ədalətsiz heyət anlamadı. İşə baxılmadı, “hüquqdan sui-istifadə”, “tərəflərin hüquq bərabərliyi” əsası ilə dövlət hesabına vəkil ayrılmadığından kassasiya şikayəti  vermək də mümkün olmadı. Di gəl, Ali Məhkəmənin Nigar Rəsulbəyova, İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət heyəti 2 ayrı sədrliklə 2 ali aktla vəkil ayrılmasından imtinanı qanuni sayıb. (?) Və işə baxmadan “işə baxıb”, (hər 2) işi birbaşa Bakı İnzibati Məhkəməsinə qaytarıb. Niyə apellyasiya instansiyasına yox, birbaşa birinci instansiyaya? Özü də, ali instansiyanın özünün bildirdiyi kimi, İPM-in 23.2 maddəsinə əsasən 1 illik şikayətvermə müddəti olduğu halda? Axı qazinin kassasiya şikayətinə qadağa qoyulub, vəkil ayrılmayıb ki, şikayəti yazsın, ali instansiya hansı şikayətə , hansı işə “baxıb”? Belə hüquq, belə sosial təminat, məhkəmə müdafiəsi hüququ olar?

Ali Məhkəmənin qərəzinin, ədalətsizliyinin kökündə qazinin ali dövlət hakimiyyəti orqanlarına 12.02.2020 tarixli VK-nın vəkili Əlirza Həbilovun sifarişi ilə Kəmaləddin Bədəlovun təkbaşına qəbul etdiyi “ali” qərardadı 4 ildir verməməsindən çoxsaylı şikayətləri dayanır(mı?). Bu günlərdə PA-dan, Konstitusiya Məhkəməsindən, Məhkəmə Hüquq Şurasından,..., hətta DTX-dan Ali Məhkəməyə 4 il qabaqkı qərardadın verilməsi ilə bağlı müraciətlər edilib. Kəmaləddin Bədəlovun içində olduğu ali heyət isə acığını, qərəzini, ədalətsizliyini işə baxmadan “işə baxmaqda” sərgiləyir.

Məğrur BƏDƏLSOY

İnam Kərimovun Ali Məhkəməyə və Məhkəmə Hüquq Şurasına sədr gətirilməsinin bir yaşı iki aya tamam olacaq. Maraqlıdır, bu gəlişədək Ali Məhkəməyə canlı rejimdə müraciətlər etmək, qəbula yazılmaq ali səviyyədə gerçəkləşirdi. İndi hər ikisi mümkünsüzdür. Sədrin qəbulu yalnız bölgələrdə təşkil olunur və yalnız bölgələrdə olan qəbullara düşmək olar. Bəxt imkan versə, qəbul mümkün sayılsa. Hələ ki, iddianın , şikayətin özü kimi, qəbul da mümkün sayılmır...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186695