Alen Simonyanın açıqlaması - “Təxribatların öncədən Azərbaycanın üzərinə atılmasını istəyir”

2022-09-12 17:24:00

Alen Simonyanın açıqlaması - “Təxribatların öncədən Azərbaycanın üzərinə atılmasını istəyir”

“Alen Simonyanın açıqlaması, əslində, Ermənistanın mövcud şəraitdən çıxarılmasına yönəlib. Yəni bununla o, Ermənistanın edə biləcəyi təxribatlardan diqqəti yayındırmaq və beləliklə, günahı öncədən Azərbaycanın üzərinə atılmasını istəyir”.

Bu sözləri açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlər zamanı təxribatın baş verəcəyi barədə bəyanatını şərh edib.

BAXCP funskioneri əlavə edib ki, Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, Brüsseldə əldə olunan razılaşmalardan yayınmağa və prosesə üçüncü tərəflərin qoşulmasına cəhd göstərir:

“ATƏT-in Minsk qrupunun yenidən dirildilməsi, bu kontektsdə amerikalı müşavirin, bütövlükdə isə rəsmi Vaşinqtonun atdığı addımlar, təbii ki, Ermənistanı müəyyən qədər ümidləndirməyə, eləcə də separatizmin dəstəklənməsinə hesablanıb. Paralel olaraq, hər zaman olduğu kimi, ermənilər neçə qütb arasında manipulyasiya etmək, özlərinin düşüncəsinə görə daha əlverişli və beynəlxalaq vəziyyəti gözləmək üçün prosesi məqsədyönümlü şəkildə uzatmağa çalışırlar”.

E. Mirzəbəyli deyib ki, Ermənistan tərəfindən mütəmadi olaraq təxribatların baş verməsi də, İrəvan sülh müqaviləsi üzərində işin ləngidilməsinə, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı proseslərin uzanmasına çalışdığını nümayiş etdirir:

“Ermənilər yaxşı başa düşürlər ki, Azərbaycan Ermənistan tərəfindən atəşkəsin pozulmasına və vətəndaşlarının, habelə hərbi qulluqçularının təhlükəsizliyinə təhdid yaranmasına uzun müddət dözməyəcək. Artıq müdafiə nazirimiz də hər bir təxribata sərt cavab verilməsi barədə əmr verib. Əgər Ermənistan bu qəbildən olan davranışlarını davam etdirib, öhdəliklərini yerinə yetirməyəcəksə, onun həm sülhə məcbur edilməsi, həm də üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycan müvafiq addımlar atacaq”.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063246