Saat:07:03
Haqqımızda

Albaniyanın Baş naziri: "2028-ci ildə hazır olacağıq"

2024-12-25 17:55:41

Albaniyanın Baş naziri:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Albaniya 2028-ci ildə Avropa İttifaqına daxil olacağına ümid edir.
Ölkənin Baş naziri Edi Ramanın sözlərinə görə, təşkilata birləşmə prosesi "Aİ-nin daxili dinamikasından asılı olan siyasi məsələ" olaraq qalır.
Hökumət başçısı Fransanın "Le Monde" nəşrinə müsahibəsində deyib: "2028-ci ildə biz Aİ-yə daxil olmaq üçün texniki cəhətdən hazır olacağıq. Lakin Avropa Şurasının Albaniyaya "hə", yoxsa "yox" deyəcəyini bilmirəm. İttifaqa üzv olmaq prosesi Aİ-nin daxili dinamikasından və üzv dövlətlərin elektoral tələbatından asılı olan siyasi məsələdir". Cənab Edi Rama "ChatGPT" texnologiyalarından istifadə edilməsi ilə Albaniya qanunvericiliyini Aİ qanunları ilə uzlaşdırmaq, bununla da birliyə daxil olmasını sürətləndirmək məqsədlərinə nail ola biləcəklərinə ümid edir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000099