"AKP-nin yerinə başqa ittifaq gələrsə, bunu Türkiyənin sionizmin əlinə keçidi kimi düşünə bilərsiniz" - ELMAN VƏLİYEV

2022-12-08 15:46:00

"Avropa Birliyi üzvlüyü üçün cəhdlər ediləcək, bunun üçün LGBT hüquqlarının tanınması, Türkiyənin daha sekulyativ dövlətə keçməsi, İstanbul anlaşmasına yenidən qayıdılması prosesləri sürətlənəcək!"

"Ceremi Rifkin CHP sədri Kamal Qılıçdaroğlunun müşaviri təyin edilib. Qılıçdaroğlunun namizəd kimi üstünlük qazanmayacağını deyirdim, ancaq Rifkinin təyin ediləcəyini bilmirdim. Rifkin sionist iqtisadiyyatçıdır. Sarkozinin, Merkelin, Cinpinqin müşaviri olub. "Üçüncü Sənaye İnqilabı"nın banisidir. Çox güclü iqtisadiyyatçıdır. Avropa iqtisadiyyatına yön verənlərdən biri olduğunu deyə bilərəm. Qılıçdaroğlunun "İkinci Yüz ilə Çağrış" mərasimində Rifkin onlayn qoşularaq təqdim edildi". Hurriyyet.az-ın məlumatına görə, bunu konfliktoloq Elman Vəliyev bildirib.

2023-cü ilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün çox gərgin keçəcəyini vurğulayan konfliktoloq qeyd edib ki, Bəşər Əsədlə danışıqlar prosesi də Dəməşq tərəfindən rədd edilir: "Türkiyənin ən zəif nöqtəsinin iqtisadiyyat olduğu aydındır. Bunu bildikləri üçün AKP iqtidarını bu istiqamətdə dalana dirəyirlər və Rifkin kimi iqtisadçılara səhnə verdilər. Yəni, xalqda belə təəssürat yaratmağa çalışırlar ki, əsas iqtisadiyyatdır və bunu "Cümhur İttifaqı"nda görə bilməyəcəksiniz. Türkiyə iqtisadiyyatı asılı bazar sisteminə malikdir. Yəni, rahatca bu bazarı alt-üst etmək olar. İqtisadiyyatın çoxluğu Amerika və digər xarici şirkətlərə bağlıdır. Bu iqtisadi boşluğun təməli "Marşall planı" ilə qoyuldu və hələ də davam edir".

Elman Vəliyevin fikrincə, Rifkin çox güman ki, Keyns xəttini yeridəcək: "Türkiyə iqtisadiyyatı üçün ən uyğunu Keyns üsuludur deyə düşünürəm. Rifkin, həmçinin maltusçuluq nəzəriyyəsini müdafiə edən biridir. Yəni, dövlət bazara müdaxilə etməli, fiskal politika yeritməlidir. Ən əsas da xarici asılılığı azaltmalıdır. AKP-nin yerinə başqa ittifaq gələcəksə, bunu artıq Türkiyəni sionizmin əlinə keçidi kimi düşünə bilərsiniz. Buna əmin olun. Avropa Birliyi üzvlüyü üçün cəhdlər ediləcək. Bunun üçün LGBT hüquqlarının tanınması, Türkiyənin daha sekulyativ dövlətə keçməsi, İstanbul anlaşmasına yenidən qayıdılması prosesləri sürətlənəcək!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143809