AKP-dən açıqlama: Kimlər Cümhur İttifaqına qoşulacaq?

2023-03-13 14:17:00

AKP-dən açıqlama: Kimlər Cümhur İttifaqına qoşulacaq?

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Əli İhsan Yavuz mayın 14-də keçiriləcək seçkilərlə bağlı açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, Yavuz bir sıra partiyaların Cümhur İttifaqına (AKP-MHP) qoşula biləcəyini deyib.

AKP rəsmisinin açıqlamalarında diqqətçəkən məqamlar belədir:

“Bəzi partiyalarla danışıqlar aparırıq, məsləhətləşmələrimiz davam edir. Milliyyətçi Hərəkat Partiyası və Böyük Birlik Partiyası ilə ittifaqımız var.

HÜDA-PAR ilə təmasımız oldu. Cənab sədrin açıqlaması oldu, Cümhur İttifaqının namizədinə (Prezident Rəcəb Tayyib Ərdoğana) səs verəcəklərini, amma digər məsələləri partiyalar arasında müzakirə edəcəklərini bildirdilər. Ümid edirəm ki, tezliklə başa çatacaq.

Bundan başqa, Rifah Partiyası ilə yenidən təmasımız oldu. Sədr müavini Binəli Yıldırım bəylə getdik. Bu proses də gedir. Adını çəkdiyim partiyalardan başqa partiyalar haqda heç bir məlumatım yoxdur”.

teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182624