Akademiya ölüvay qurumdur - Qulu Məhərrəmli AzTV-ni təqdir etdi

2022-07-27 17:10:00

Akademiya ölüvay qurumdur - Qulu Məhərrəmli AzTV-ni təqdir etdi

“Çoxları AzTV-nin bu tənqidini gözlənilməz hesab edir. Səbəb odur ki, ümumiyyətlə, AzTV tənqidi materiallar az verir. Ona görə də birdən-birə AMEA-dan tənqidi süjet verməsi çoxlarına təəccüblü gəlir. Hesab edirəm ki, normal tənqiddir”.
Hurriyyet.az
xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyib.
O, bildirib ki, akademiya xüsusən Ramiz Mehdiyevin ora gəlməsindən və getməsindən sonra gündəmdə olub:
"Düşünürəm ki, belə fundamental tənqidlər olmalıdır. Ayrı-ayrı tədqiqat institutlarının gördüyü işlər, xüsusən praktik elmlə məşğul olan institutların isteahsalata faydası haqqında ciddi materiallar yazılmalıdır. AzTV-nin süjeti ilkin mesaj kimi maraqlıdır. Ola bilər süjetin rakursu fərqlidir. Yəni, akademiyada iş, istehsalat görünmür, əmək intizamı hansı səviyyədə olduğu bilinmir”.
Q.Məhərrrəmli hesab edir ki, belə tənqidlərin ardı olmalıdır:
“Gerçək faktlara, statistikaya əsaslanan süjetlərin olması vacibdir. Çünki dövlət büdcəsindən maliyyə ayrılır, lakin bunun bir səmərəsi olmalıdır. Ona görə də belə tənqidləri bütün televiziyalar verməlidir. Əlbəttə ki, tənqid nə qədər əsaslı faktlara söykənsə, bir o qədər yaxşıdır. Akademiya ölüvay qurumdur. Maaşın azlığını bəhanə gətirirlər. Hansı ciddi elmi problemlər həll olunub? Hələ ki heç biri. Arzulayardıq ki, AzTV digər proqramlarda da sosial problemlər, məmur özbaşınalığı ilə bağlı tənqidi süjetlərin sayını artırsın. Əvvəllər olub belə süjetlər. Tənqid medianın əsas işlərindən biridir və bu, davamlı olmalıdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000093