Saat:23:34
Haqqımızda

Ailənin 5 üzvünün qətlində həkimlərin də payı var! - Dəliyə sağlamlıq arayışı necə verilib?

2024-02-14 16:39:46

Ailənin 5 üzvünün qətlində həkimlərin də payı var! - Dəliyə sağlamlıq arayışı necə verilib?

Dünən Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra "dəlilik kağızı"nı təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar. Bəs dəlilik kağızı olduğu halda belə şəxslər sürücülük vəsiqəsini necə ala bilir?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlama verib.

O, bildirib ki, Azərbaycan reallığında hər şey ola bilər - ağıllı dəli ola bilir və ya dəli ağıllı kağızı ala bilir: "Əfsuslar olsun ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır. Günü bu gün taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar icra olunur. Amma biz məlumat alırıq ki, tibb məntəqlərində, poliklinikalarda 80-100 manata bu arayışı heç bir müayinədən keçmədən baş həkimlər satır. Səhiyyə Nazirliyi rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin. Adam sağlamlıq haqqında arayış alır və aparır yol polisinə təqdim edir. İmtahanda iştirak edir və sürücülük vəsiqəsini əldə edir. Məsələ budur və problemin üzərinə getmək lazımdır. Biz bu məsələni qabartdıq ki, poliklinakalarda, korrupsiya yuvalarında əməliyyatlar keçirilsin".

Ekspert deyib ki, sürücülərin tibbi-müayinə məntəqəsi adında struktur yaradılmalıdır. Bu struktur isə ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər belə bir struktur var idi və ləğv ediblər:

"Çünki rüşvət yuvasına çevrilmişdi. İndi onu ləğv edib poliklinakalara verdilər. Poliklinikalar onlardan daha artıq rüşvət yuvasına çevrildi. Nə edirsənsə et bu həkimlər puldan əl çəkə bilmirlər. Ona görə də narkoman gəlir və sağlamlıq haqqında arayış alır. Yol polisidə o arayışa əsaslanır. Yol polisi özündən qərar verib kiməsə sağlamlıq arayışı vermir. Arayışı isə səhiyyə orqanı verir. Probemin kökü ondan ibarətdir. Dəfələrlə bu mövzu gündəmə gəlib. Bu yaxınlarda, yenə bir sürücü şou göstərərək şəhərini bir-birinə qatmışdı. Onu da saxladılar və bildilər ki, onun da dəlilik kağızı var. İki il bundan əvvəl Yusif Səfərov küçəsində sürücü yüksək balla Neft Akademiyasına qəbul olmuşdu. Lüt soyunub küçədə maşını tərsinə çevirdi. Neçə maşına zərər vermişdi. Onu da tutdular və məlum oldu ki, bu da dəlidir".

Elməddin Muradlının sözlərinə görə, bu gün pulunu ortaya qoyan öz övladını rahatlıqla dəlilik adından xilas edə bilir:

"Bir müddət olur dəlixanalıq, sonra çıxardır evində saxlayır. Nəticə etibarilə oda belə qatil olur. Buda cəmiyyətin özünün bəlasıdır. 5 nəfərin taleyini, ahını onlar çəkəcəklər. Onların hər birinin bu cinayətdə payı var. O adama sağlamlıq arayışını verəndə, tibb məntəqəsindən çıxardanlarında bu işdə əli var. Bütün cəmiyyət işin üzərinə getməlidir və ictimai qınaq yaranmalıdır ki, bu məsələlərə son qoyulsun. Bu qədər özbaşınalıq olmaz. Burada artıq inayət baş verir və adam ölür. Özü də bir gündə ailənin 5 üzvü ölür. Bu nə deməkdir axı? Bu qədər rahatlıq olmaz!".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR