Saat:10:52
Haqqımızda

AİHM: “Paşinyan Ermənistana qarşı məhkəmə iddiasını uddu”

2022-01-18 17:19:00

AİHM: “Paşinyan Ermənistana qarşı məhkəmə iddiasını uddu”

Ermənistan dövlətinin Nikol Paşinyanın hüquqlarını pozduğu beynəlxalq məhkəmədə isbat olundu

Axtarışda olmuş zərərçəkən dövlətdən maddi təzminat istəmir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Paşinyan Ermənistana qarşı” məhkəmə işi ilə bağlı nəticəni elan edib: “2008-ci ilin prezident seçkilərindən sonra dövlət indiki Baş nazir Nikol Paşinyanın hüququnu pozub”.

İddiaçı Paşinyan 2008-ci ilin prezident seçkilərindən sonra baş vermiş etiraz hərəkatında iştirakına görə ittiham olunmuşdu. “Sputnik Ermənistan” informasiya agentliyinin yazdığına görə, Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, 2008-ci ildə Nikol Paşinyana qarşı hökm çıxarıldığı zaman Avropa İnsan Hüquqları Konvernsiyasının 11-ci maddəsi (sərbəst toplaşma və təşkilatlanma azadlığı) və 5-ci maddəsi (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulub.

Qeyd edilir ki, Paşinyan Ermənistan dövlətindən maliyyə kompensasiyası tələb eləmədiyinə görə, onu almayacaq.

Xatıraldaq ki, indiki Baş nazir Nikol Paşinyan 2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. 1-2 mart tarixlərində İrəvanda baş vermiş hadisələrdən sonra axtarışa verilib və 2009-cu ildə hakimiyyətə təslim olub. 2010-cu ilin yanvarında kütləvi iğtişaşların təşkilində ittiham edilərək 7 il cəza alıb. Tezliklə cəzası yarıbayarı azaldılıb, 2011-ci ilin mayında isə Ermənistanın müstəqilliyinin 30 illiyi şərəfinə amnistiyaya düşərək azadlığa çıxıb.

2010-2011-ci illərdə AİHM-ə müraciət etmiş Paşinyan bildirib ki, 2008-ci ildə ona siyasi çıxışlarına və müxalif fəaliyyətinə görə hökm oxuyublar və məqsəd müxalif fəaliyyətini dayandırmaq olub.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR