Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketi üzərində işləyir
2023-01-21 10:37:00

Avropa Birliyi ölkələri Rusiyaya qarşı gələn ay qüvvəyə minəcək 10-cu sanksiyalar paketi üzərində işləyir.
Hurriyyet.az-ın xəbərinə görə, bu barədə Reuters diplomatik mənbələrə istinadla məlumat verib.
Sanksiyalarda Moskva ilə nüvə yanacağı üzrə əməkdaşlığı məhdudlaşdırmaq, Rusiyanın almaz idxalına qadağa qoymaq və Kremlin müttəfiqi Belarusla ticarəti kəsmək nəzərdə tutulur.
Üç ölkənin yüksək rütbəli diplomatları bildiriblər ki, sanksiyaların növbəti mərhələsi Rusiyanın fevralın 24-də Ukraynaya hücumunun ildönümünə qədər hazır olmalıdır. (APA)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya