Saat:13:53
Haqqımızda

Aİ Rusiya bankı və oliqarxlarının vəsaitlərini onlara qaytarmaq niyyətində deyil

2022-11-30 14:19:00

Aİ Rusiya bankı və oliqarxlarının vəsaitlərini onlara qaytarmaq niyyətində deyil

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar dondurulmuş Mərkəzi Bank ehtiyatlarını (300 milyard avro) və rusiyalı oliqarxların vəsaitlərini (19 milyard avro) əlindən almağa hazırlaşır.

Avropa İttifaqı Komissiyasının başçısı Ursula fon der Leyen sosial şəbəkədəki hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı video paylaşıb. “Rusiya səbəb olduğu dağıntıların əvəzini maliyyə vəsaitləri ilə ödəməlidir” deyən von der Leyen Ukraynaya indiyə qədər 600 milyard avro məbləğində zərər dəydiyini təxmin elədiklərini bildirib. O, deyib: “Rusiya ilə onun oliqarxları Ukraynaya vurulan ziyanın təzminatını ödəməli, ölkənin yenidən inşası üçün lazım olan xərcləri verməlidirlər”.

Hürr Tərcüman

AB Ukrayna'ya 1 milyar avro daha gönderdi | soL haber

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR