Ai rəsmisi Rusiya qoşunlarının Qarabağdan çıxmasını nəzərə aldı
2024-04-19 12:18:46

"Deyə biləcəyimiz odur ki, biz Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasının elan edilməsini nəzərə alırıq".
Hurriyyet.az Turan-a istinadla xəbər verir ki, bunu Aİ-nin Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasını necə şərh etməsi ilə bağlı sorğusuna cavab olaraq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano deyib.
O bildirib: “Biz daha sonra əlavə edirik ki, Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə sadiq qalır”.
