Saat:19:16
Haqqımızda

Aİ rəsmisi: "Ankaranın Suriyanın təhlükəsizliyi sahəsindəki narahatlıqları nəzərə alınmalıdır"

2024-12-17 17:09:12

Aİ rəsmisi:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Türkiyə Prezidenti R.T.Ərdoğan ilə görüşdən sonra Ankarada keçirilən birgə mətbuat konfransında çıxış edib. O, Türkiyənin Suriyanın təhlükəsizlik sahəsi ilə bağlı qanuni narahatlıqlarının nəzərə alınmalı olduğunu bəyan edib.
Avropa Komissiyasının başçısı Suriyanın bundan sonraki yenidənqurması məsələsindən danışıb, Aİ-nin Suriyanın ən böyük donoru olduğunu deyib, hazırda bu dəstəyin "yeni vurğu ilə reallaşmalı olduğunu" qeyd edib.
Ursula fon der Lyayen Aİ ölkələrini Suriyanın bərpası məsələsində səylərini birləşdirməyə çağırıblar.
Hürr Tərcüman