Saat:06:43
Haqqımızda

Aİ prokurorluğunda Ursula fon der Lyayenə qarşı cinayət araşdırması aparılır

2024-04-01 14:04:54

Aİ prokurorluğunda Ursula fon der Lyayenə qarşı cinayət araşdırması aparılır

Hurriyyet.az xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin "Pfizer" şirkətindən koronavirus peyvəndi alması ilə bağlı Belçika prokurorlarının ona qarşı apardıqları cinayət araşdırması Aİ prokurorluğunun ixtiyarına verilib. Bu barədə “Politiko” qəzetinin Avropa nəşri məlumat yayıb.
Lyej (Belçika) prokurorluğunun adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, fon der Lyayen ilə əczaçılıq şirkətinin baş direktoru Albert Burla arasında "Pfizer" vaksinlərinin alınması üçün aparılan danışıqlarla əlaqədar Aİ prokurorluğu bir neçə ay əvvəl təhqiqata başlayıb.
Nəşrin tanış olduğu hüquqi sənədlərə əsasən, hüquq-mühafizə orqanları “dövlət funksiyalarına müdaxilə, SMS ismarıcların silinməsi, korrupsiya və maraqların toqquşması” faktlarını yoxlayır. Məqalədə Aİ Prokurorluğunun ilk dəfə  birbaşa Aİ rəhbərinə qarşı  işi araşdırmağa başladığı, lakin hələlik ona qarşı rəsmi ittihamın irəli sürülmədiyi qeyd edilir.
Qəzetə açıqlama verən iki mənbənin sözlərinə görə, Macarıstan da ittihamçılara qoşularaq, fon der Lyayenin peyvənd danışıqlarındakı rolu ilə bağlı şikayət ərizəsi ilə çıxış edib. Qəzet Polşanın da 2023-cü ildə oxşar şikayətlə müraciət etdiyini, lakin Baş nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürdüyünü xatırladıb.
Avropa Komissiyası 2021-ci ilin əvvəlindən bəri  Qərb ölkələrindən olan altı istehsalçısı ilə razılaşaraq, 2024-cü ilə qədər 3 milyard dozadan çox koronavirus peyvəndinin tədarükü üçün Aİ adından bir sıra müqavilələr bağlayıb. İlk saziş "Pfizer" şirkəti ilə imzalanıb.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223352