Aİ Orta Asiya ilə yeni dəhlizlə əlaqə saxlamaq istəyir – “Rusiyadan keçməməlidir” deyərkən Zəngəzur dəhlizi nəzərdə tutulur?

2022-11-21 12:44:00

Aİ Orta Asiya ilə yeni dəhlizlə əlaqə saxlamaq istəyir – “Rusiyadan keçməməlidir” deyərkən Zəngəzur dəhlizi nəzərdə tutulur?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Aİ-nin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirmək və bu ölkələrlə Rusiyadan keçməmək şərti ilə yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına əlaqə yaratmaq niyyətində olduğunu bildirib.

Borrel qeyd edib ki, Rusiya ilə Çinin hələ də Mərkəzi Asiyada mühüm rola malik olduqlarına baxmayaraq, bu regionun ölkələri ticarət və xarici siyasət münasibətlərini şaxələndirməyə çalışırlar və Avropa İttifaqını münasib tərəfdaş hesab edirlər. Aİ də öz növbəsində “bu dəyişikliklərdən faydalanmaqda maraqlıdır”.

Borrelin sözlərinə görə, əsrlər boyunca Orta Asiya Uzaq Şərqlə Avropa arasında açar rol oynayıb, burada “məhsullar və ideyalar İpək yolu vasitəsi ilə hər iki tərəfə gedib-gəlib”. O, Orta Dəhliz və ya Transxəzər dəhlizinin əhəmiyyətini qeyd edib.

P.S. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev Böyük İpək yolu layihəsində Azərbaycanın xüsusi rol oynadığını bəyan edirdi. O deyirdi: “Azərbaycan İpək yolunun mərkəzində yerləşir. İpək yolu Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çıxacaqdır. Xəzərdə Şərq və Qərb sahilləri arasında keçid bərəsi var və bu bərə Azərbaycana məxsusdur. Bakı İpək yolunun üstündə yeganə iri dəniz limanıdır. Ona görə də Azərbaycan burada çox mühüm strateji mövqe tutur”.

44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi sayəsində Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan razılaşma Avropa İttifaqının bu istəyinin reallaşmasına zəmin yaradır. Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılmasını Suveyş və Panama kanalları kimi dünya səviyyəli layihələrlə müqayisə etmək olar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127629