Aİ ölkəsinin prezidenti gözlənilmədən Kiyevə getdi

2022-09-09 20:16:00

Aİ ölkəsinin prezidenti gözlənilmədən Kiyevə getdi

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Latviya Prezidenti Eqils Levits gözlənilmədən Kiyevə səfər edib. Bu barədə məlumatı Latviya Prezidenti öz “Tvitter” səhifəsində paylaşıb.

Levits Zelenski ilə fotoşəklini paylaşaraq deyib: “Bu gün mən Vladimir Zelenskini Ukrayna bu müharibədə qalib gələnə qədər onu güclü şəkildə dəstəkləyəcəyimizə əmin etmək üçün Kiyevdəyəm. Latviya sizi dəstəkləyir. Latviya Ukraynanın bərpa edilməsinə kömək edəcək. Yaşasın Ukrayna”.

Polşa diplomatik missiyasının səhifələrində isə Levitsin Zelenski və bu gün Kiyevdə səfərdə olmuş Polşa Baş naziri Mateueş Moravetski ilə şəkilləri dərc edilib.

Qeyd edək ki, Mateuş Moravetski Avropa Komissiyasını Ukraynaya vəd edilən 9 milyard avronu ödəməyə çağıraraq, Avropa İttifaqının yardımının yetərsiz olduğunu söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057278