Saat:14:53
Haqqımızda

"Aİ-nin tənqidlərinə əhəmiyyət verməyin" - Orbandan Kobaxidzeyə

2024-10-29 15:08:35

Macarıstanın baş naziri Viktor Orban oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini azad və demokratik adlandırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə Tbilisidə keçirdiyi birgə brifinqdə deyib. 

Orban Gürcüstanda keçirilən seçkiləri diqqətlə izlədiyini deyib və qeyd edib ki, heç kim seçkilərin demokratik olmadığını deməyə cəsarət etmir: "Macarıstan da öz müşahidəçilərini göndərib. Mən onların hesabatını öyrənmişəm və bütün aspektlər müsbət olub, seçkilər azad və demokratik keçib. Heç kim öz ölkəsinin məhv olmasını istəmir... Ona görə də sülh istiqamətində seçim edən gürcü xalqının verdiyi qərarı anlayırıq. Gürcü xalqı sülhü seçdi, Avropa seçimi etdi".

Brüsselin Gürcüstanda keçirilən seçkiləri tənqid etməsinə gəlincə, Macarıstanın baş naziri Gürcüstan hakimiyyətinə buna əhəmiyyət verməməyi tövsiyə edib. Onun sözlərinə görə, Aİ-də hər hansı ölkədə mühafizəkar partiya qalib gələndə belə olur, Macarıstanda da belə olub.

Eyni zamanda, Orban Gürcüstanın Avropa kursunu tərk etməsi ilə bağlı iddiaları gülünc adlandırıb. O, Gürcüstanın onilliyin sonuna kimi Avropa İttifaqına üzv olmağa hazır olacağına əminliyini ifadə edib./unikal.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199878